Sertifikat xidmətlərinin göstərilməsi qaydalarında dəyişiklik edilib


Digərləri 07 Sen 2019 10:49:00 209 0

Sertifikat xidmətlərinin göstərilməsi qaydalarında dəyişiklik edilib

Nazirlər Kabinetinin təsdiqlədiyi "Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları"nda dəyişiklik edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, qaydanın indiyədək olan variantına əsasən, təqdim olunmuş sənədlər düzgün olduqda, müraciət etmiş şəxslə Mərkəz arasında yazılı müqavilə bağlanılırdı.

Yeni dəyişikliklərə əsasən, müqavilənin yazılı formada olması əsas şərt olmayacaq.

Bundan başqa, indiydək hazırlanmış sertifikat kağız daşıyıcıda və elektron formada imza sahibinə təqdim edilirdi. İndi isə sertifikat kağız daşıyıcıda və ya elektron formada imza sahibinə təqdim edilə bilər.