Bakıda 3 otaqlı ev yanıb


Digərləri 07 Sen 2019 10:39:00 194 0

Bakıda 3 otaqlı ev yanıb

Bakıda yanğın qeydə alınıb.

Son.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, şəhərin Qaradağ rayonunda ümumi sahəsi 80 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.