İri dövlət şirkətlərinin vahid məlumat bazası yaradılacaq


Digərləri 07 Sen 2019 10:34:00 156 0

İri dövlət şirkətlərinin vahid məlumat bazası yaradılacaq

İri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığın artırılmasını təmin etmək üçün iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılacaq.

Bakı. İlhamə İsabalayeva - İri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığın artırılmasını təmin etmək üçün iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılacaq. Trend-in məlumatına görə, bununla əlaqədar Nazirlər Kabineti “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə qaydaları”nı təsdiqləyib. Sistem həm də iri dövlət şirkətlərinə dair maliyyə, kadr uçotu və daşınmaz əmlak üzrə məlumatların vahid bazada birləşdirilməsini, iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətinin müqayisəli təhlil edilməsini, informasiya sisteminin istifadəçiləri tərəfindən iri dövlət şirkətlərinə dair müvafiq məlumatların real vaxt rejimində əldə edilməsini təmin edir. İnformasiya sisteminin operatoru Əmlak Məsələləri Dövlət Komitəsidir.