İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu ilə KOBİA arasında potensial layihələr müzakirə edilib


Digərləri 07 Sen 2019 10:19:00 164 0

İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu ilə KOBİA arasında potensial layihələr müzakirə edilib

İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu ilə KOBİA arasında potensial layihələr müzakirə edilib

Bakı. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (İƏTGF) prezidenti Taha Ayhan arasında görüş keçirilib. Trend-in məlumatına görə, görüşdə KOBİA-nın İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu ilə əməkdaşlıqda maraqlı olduğu vurğulanıb, bu baxımdan bu il Bakıda keçirilməsi nəzərə tutulan İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin (ICYEN) 3-cü Baş Assambleyasının önəmi diqqətə çatdırılıb. KOBİA və İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsinin aparıldığı görüşdə İƏTGF tərəfdaşlarının iştirakı ilə kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları, sosial sahibkarlıq sahəhələrində layihələrin, innovasiyalar və startaplar üzrə təcrübə mübadiləsinin, gənclər arasında sahibkarlıq düşüncə tərzinin stimullaşdırılması üçün birgə maarifləndirici tədbirlərin, təlimlərin və proqramların həyata keçirilməsi, KOB-ların iştirakı ilə qarşılıqlı tanışlıq səfərlərinin və biznes forumların təşkili imkanları qeyd olunub.