Filippində partlayış


Dünya 07 Sen 2019 09:09:00 216 0

Filippində partlayış

Filippinin İsulan şəhərində (Sultan-Kudarat əyaləti) partlayış baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata əsasən, partlayıcı qurğu İsulan şəhərinin bazarı yaxınlığında yerləşən motosikletlər dayanacağında işə salınıb.

Polislər hadisə ilə bağlı araşdrımaya başalylıblar. Hələ ki, heç bir qruplaşma insidentə görə məsuliyyəti öz üzərinə götürməyib.