Ərindən boşanan müğənni indi daha xoşbəxtdir


Digərləri 07 Sen 2019 09:19:00 261 0

Ərindən boşanan müğənni indi daha xoşbəxtdir

Əri ilə yollarını ayıran dünyaca məşhur müğənni Adelin son halı marağa səbəb olub.

Son.az axşam.az-a istinadən bildirir ki, 31 yaşlı ifaçı xeyli arıqlayıb. O, artıq yeni albomu üzərində çalışır.

"Adel çox xoşbəxtdir. Ötən il onun üçün çox ağır keçsə də, artıq yaxşılaşıb. Özünün də dediyi kimi, yaradıcılıq onun üçün hər şeydir", deyə müğənniyə yaxın mənbə bildirib.

İfaçı əri Sayman ilə 7 il birlikdə yaşadıqdan sonra evlənib. Cütlüyün bir oğlu var. Onlar 2 il evli qaldıqdan sonra yollarını ayırıblar.

(adsgarden = window.adsgarden || []).push({});