Bu gün bəzi yerlərə leysan yağacaq, dolu düşəcək


Digərləri 07 Sen 2019 09:07:09 192 0

Bu gün bəzi yerlərə leysan yağacaq, dolu düşəcək

Sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakı. İlhamə İsabalayeva - Sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, səhər saatlarında yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında 25-27, Bakıda 25-27 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 50-60 faiz olacaq. Sentyabrın 7-də Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.