Dünyanın ən güclü akademik superkompüteri istifadəyə verilib


Digərləri 07 Sen 2019 08:59:00 202 0

Dünyanın ən güclü akademik superkompüteri istifadəyə verilib

Ostin Texas Universiteti (UT Austin) nəzdində Qabaqcıl Hesablamalar Mərkəzi (TACC) dünyanın ən məhsuldar akademik superkompüteri olan və iyun üzrə "TOP500 2019" reytinqində beşinci yerdə qərarlaşan yeni "Frontera" superkompüterini rəsmən işə salıb.

Son.az ICTnews-a istinadən bildirir ki, sistem Milli Elm Fondunun (NSF) 60 milyon dollarlıq investisiyası sayəsində ərsəyə gətirilib. Superkompüterin yaradılması ilə "Dell EMC", "Intel", "Mellanox", "DataDirect Networks", "NVIDIA", "IBM", "CoolIT" və "Green Revolution Cooling" şirkətləri məşğul olub.

"Frontera" klasteri hər biri iki 28 "Intel Xeon Platinum 8280" nüvə prosessoruna malik 8008 hesablama qovşağından ibarətdir ki, bu da ümumilikdə yarım milyon nüvə deməkdir. Sistemin pik məhsuldarlığı 38,8 petaflops, real isə 23,5 petaflops təşkil edir.

Qovşaqlarla əlaqə üçün "Mellanox" şirkətinin 200 Qbit/saniyə gücünə malik "InfiniBand" interkonnektindən istifadə olunur. "Frontera", həmçinin "DataDirect Networks" provayderinin bərkcisimli toplayıcılar əsasında innovativ məlumat saxlama sistemi ilə təchiz edilib.

İstiliyin soyudulması üçün "CoolIT", "Cooltera" və "Green Revolution Cooling" (GRC) şirkətlərinin istehsalı olan maye soyutma sistemi tətbiq edilib.

(adsgarden = window.adsgarden || []).push({});