Israil raket atəşinə məruz qalıb


Dünya 07 Sen 2019 08:43:00 244 0

Israil raket atəşinə məruz qalıb

Qəzza zolağından İsrail ərazisinə beş raket buraxılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bir raket Sderot şəhərinin sərhədlərindən kənarda açıq əraziyə düşüb. Bundan əlavə qeyd olunur ki, raketlərin düşməsi nəticəsində yanğın baş verib, ölən və yaralanan yoxdur.

İsrail ordusunun tankları və təyyarələri Qəzzanın şimalındakı Həmas hərəkatının hərbi hədəflərini raketlərin atılmasına cavab olaraq vurub.