Google şirkəti istifadəçi məlumatlarının reklam şirkətlərinə satılmasında günahlandırılır


Digərləri 07 Sen 2019 08:46:00 249 0

Google şirkəti istifadəçi məlumatlarının reklam şirkətlərinə satılmasında günahlandırılır

İrlandiyanın özəl məlumatların istifadəsi üzrə nizamlayıcı orqanı (Irish Data Regulator) Google şirkətini istifadəçilərin özəl məlumatlarının gizli şəkildə yığılmasında və onları reklam verənlərə ötürülməsində günahlandırır. Bu barədə The Financial Times saytı xəbər verib. Qeyd etmək lazımdır ki, İrlandiyanın bu nizamlayıcı orqanı Google şirkətinin Avropadakı biznesinə nəzarət edir. Onun məlumatına əsasən istifadəçi məlumatlarının yığılmasında şirkət gizli səhifələrdən istifadə edir. Bu isə şirkətin şəffaflıq siyasətinə və Avropa Birliyinin konfidensiallıq üzrə qanunvericiliyinə ziddir.

Son.az technote.az-a istinadən bildirir ki, Google şirkəti isə nizamlayıcı orqan ilə əməkdaşlıq etdiyinə görə bu günahları təkzib edir. Məlumata əsasən targetinq reklamları üçün istifadə olunan özəl məlumatlar sırasında istifadəçi səhhətinin vəziyyəti, onun siyasi maraqları və mənsub olduğu irqi var. İstifadəçi hesabının indikatoru unikaldır. Belə ki, o, heç kimin görmədiyi gizli səhifələrdə yerləşdirilib. Brave adlı brauzerin rəhbəri olan Johnny Ryan yeni istifadəçi hesabı yaradaraq həmin identifikatoru təyin etməyi bacarıb. Məlum olub ki, onun identifikatoru minimum 8 reklam şirkətinə göndərilib.

Onun təcrübəsi digər yüzlərlə istifadəçi hesabında yoxlanılıb və təsdiq edilib ki, identifikatorlar həqiqətən də təkrarlanmırlar və targetinq reklamlar üçün istifadə olunurlar. Bu cür datalar isə dünyanın böyük reklam hərracında satılır. Potensial alıcılara dəqiq məlumatları təqdim etməklə Google şirkəti öz rəqibləri üzərində nəzərə çarpan üstünlük əldə edir. Halbu ki, şirkət 2018-ci ilin sentyabr ayında söz vermişdi ki, cookie faylların şifrələnmiş identifikatorlarını bir daha heç kimə təqdim etməyəcək.

(adsgarden = window.adsgarden || []).push({});