Şəmkirdə avtobus yük maşını ilə toqquşub, ölən və yaralananlar var


Digərləri 07 Sen 2019 08:40:43 217 0

Şəmkirdə avtobus yük maşını ilə toqquşub, ölən və yaralananlar var

Şəmkirin Sarıtəpə kəndi ərazisində avtobusla yük avtomobili toqquşub

Bakı. Samir Əli- Şəmkirin Sarıtəpə kəndi ərazisində avtobusla yük avtomobili toqquşub. Səhiýyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində bir nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib: "15 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəmkir MRX-ya çatdırılıb. Səhər saat 8:20-də baş həkimin verdiyi məlumata əsasən xəstəxanada 2 kişi və 4 qadın qalıb. Kişilərdən biri komadadır, vəziyyəti kritikdir".