Bakıda ərzaq mağazası yanıb


Digərləri 07 Sen 2019 08:33:00 219 0

Bakıda ərzaq mağazası yanıb

Bakıda yanğın qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, şəhərin Xəzər rayonunda ümumi sahəsi 50 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisində olan mallar 10 m² sahədə yanıb, yüksək temperaturdan lambirindən ibarət tavanı 30 m² sahədə əriyib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​