“Twitter” şəbəkəsi SMS vasitəsilə tvit yazmağı qadağan edib


Digərləri 07 Sen 2019 08:21:00 240 0

“Twitter” şəbəkəsi SMS vasitəsilə tvit yazmağı qadağan edib

"Twitter" sosial şəbəkəsinin istifadəçiləri bir müddət SMS-in köməyilə telefondan tvit yaza bilməyəcəklər. Bu haqda 4 sentyabrda sosial şəbəkənin korporativ hesabında məlumat verilib.

Son.az ICTnews-a istinadən bildirir ki, "biz hesabları kənar müdaxilələrdən qorumaq üçün müvəqqəti olaraq SMS və ya mətn mesajı vasitəsilə tvit yazmaq imkanını deaktiv edirik" - mesajda deyilir.

Bildirilib ki, sözügedən funksiya tezliklə bərpa ediləcək.

(adsgarden = window.adsgarden || []).push({});