Elba çayında gəmi yanıb, ölən və yaralananlar var


Dünya 07 Sen 2019 08:18:00 216 0

Elba çayında gəmi yanıb, ölən və yaralananlar var

Elba çayının Almaniyadan keçən hissəsində gəmidə yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, yanğın nəticəsində 1 nəfər həlak olub, 2 nəfər isə xəsarət alıb.

Bildirilir ki, gəminin heyəti 11 Rusiya və 2 Ukrayna vətəndaşından ibarət olub. Ölən və yaralananların kimliyi hələki müəyyən edilməyib.

Qeyd edilir ki, gəmidə baş verən yanğın artıq söndürülüb.