Günün qoroskopu: Vəziyyəti sakitləşdirməyə çalışın


Digərləri 07 Sen 2019 00:01:00 195 0

Günün qoroskopu: Vəziyyəti sakitləşdirməyə çalışın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - Mars, Saturn və Demos arasındakı münasibətlər şəraitin energetikasını dəyişir. Emosiyalara nəzarət edin, əsas məsələdən diqqəti yayındırmayın. Uğurlu qarşılıqlı münasibətlər və birgə fəaliyyət üçün şərik, iş yoldaşı, tanış və ya dostunuzun emosional durumunu anlamağa çalışın.

Seçim problemi sizi düşündürürsə, bu gün həmin tapmacaya cavab tapmağa vaxt sərf etməyin, bu istiqamətdə konkret addım atmayın.

Daha neytral işlə məşğul olun.

Əmr və göstərişlərin sayını azaldın, maraqlarınızı bölüşən insanlarla münasibətləri səmimiləşdirin.

Həyatınızdakı intriqa gərginləşəcək.

Buğa - Venera və Saturn arasındakı münasibətlər gərginləşir, dəyərlərin mənzərəsi dəyişir. Maraq və diqqət obyektinin dəyişməsi çox sürətlə baş verə bilər.

Hansısa nəsnədən əl çəkərək yeni avantüra, macəraya qatıla bilərsiniz.

Gün sizdən aktivlik, çeviklik, qıvraqlıq, hər şeyə ani reaksiya, şərik və tərəfdaş, dost və həmkarla əlbir iş tələb edir.

Münaqişə, gərgin diskussiya, mübahisə istisna deyil.

Axşam saatları romantik ola bilərsiniz.

Yeni ideya və istəklər, şövq və optimizm yarana bilər.

Nə qədər ehtiyatlı olsanız da, hansısa romantik səbəbdən hisslər burulğanına qərq olacaqsınız.

Həyatın qarşınıza çıxardığı seçimdə "hə" və ya "yox" deməyə çox az vaxt olacaq.

Tanıdığınız adamla iş görsəniz, orada risk daha az olacaq. Əks təqdirdə yeni öhdəliklərdən uzaq durun.

Əkizlər - Mühüm işləri sabaha qədər təxirə salın. Rəsmi olmayan şəraitdə spontan tədbirlər işgüzar perspektivlərinizi yaxşılaşdıra bilər. Emosiyalar çıxış yolu, tətbiq müstəvisi tələb edir.

Hadisələrin aktiv inkişafı, səmimiyyət, açıqlıq, əlaqə və maraqların genişlənməsi mərhələsi başlanır.

Mənasız arzulardan əl çəkin, real işlə məşğul olun. Hansısa mühüm münasibətlərdən biri ağrılı olsa da, kəsilməkdədir.

Daha çox müəyyənlik istəyirsinizsə, görüş və danışıqları təxirə salmayın.

İndi yaranan imkanlar sıçrayış və sürətlənmə imkanları yaratmaqla yanaşı, narazılığa da səbəb ola bilər. Hər şey sizin yeniliklərə nə qədər hazır olmağınızdan asılıdır.

Xərçəng - Pluton və Marsın münasibətləri həyatınızda daha ciddi nizam yaradılmasını, müəyyənliyin artırılmasını tələb edir. Ola bilsin ki, ciddi, çətin seçimlə qarşılaşasınız.

Saat 13:00-dan sonra mühüm məlumat alacaqsınız.

Vaxtdan səmərəli istifadə edin.

Tələsmədən, narahatlıq hissi keçirmədən hərəkət edin. Mühüm hadisələrin yaxınlaşmasını hiss edirsinizmi?

Sizin üçün aktual olan mövzunun təfərrüatlarının aşkarlanmasına imkan verin, bütün ehtiyatlarınızdan istifadə edib-etmədiyinizi yoxlayın.

Şəxsi münasibətlərdə yenidənqurma mümkündür. Sevdiyiniz insanlarla təmaslarda intellektual zəmində mübahisə yaranırsa, bir qədər fasilə edin.

Şəraitdə nəyisə dərhal dəyişməyə can atmayın, çünki hesablarınız və gümanlarınız yanlış ola bilər.

Sizə mühüm olan ünsürü müəyyənləşdirmək, seçmək üçün ətrafdakı insanların məsləhətlərinə yox, qəlbinizin səsinə qulaq asın.

Şir - Günün sizə verdiyi işarələrə və nişanələrə diqqətlə fikir verin. Ay və Fobosun münasibətləri paradoksa, hadisələrin dalana dirənməsinə səbəb ola bilər. Heç bir olayı, işi və ya problemi dərhal, tələsik həll etməyə çalışmayın.

Tərəfdaşlıq, şəriklik, birgə fəaliyyət və əməkdaşlıq müstəvisində ayıq davranın. Hansısa variantı aktiv müzakirə etdiyiniz vaxtda başqa bir istiqamətdə önəm səviyyəsi heç az olmayan hadisə formalaşmaqdadır.

Qətiyyətli və inadkar olun, mənfəət və gəlir hiss etdiyiniz yerdə mövqelərinizi möhkəmləndirin, maraqlarınızı qoruyun.

Şəxsi münasibətlərdə müəyyən süjetin inkişafında maraqlısınızsa, hələlik tələsməyin.

Bir qədər kölgəyə çəkilin, tək qalın. Narahat olmayın, az sonra sürətlə irəliləyəcəksiniz.

Qız - Yaxın ayla bağlı planlarınızı müəyyənləşdirin, şəraitin amplitudasını dəqiqləşdirin və duruma uyğun hərəkət edin.

Soyuqqanlı, hətta ifrat dərəcədə soyuq olun. Hər şeyi hesaba alın, emosiyaları unudaraq yalnız işlə məşğul olun.

Yeni nəyinsə yarandığını hiss etdiyiniz situasiyaya həssas olun.

Bu günün hadisələri sınaqlardır və onların sayəsində diqqət mərkəzinizdə olan insanlarla nəsnələrin əsl dəyərinə vaqif olacaqsınız.

Vücudunuza diqqət ayırın, idmanla məşğul olun. Axşam saatlarında təmiz havada gəzintiyə çıxın. Faydalı məşğuliyyət təcili həllini tələb edən məsələlərin öhdəsindən gəlməyə imkan verəcək.

(adsgarden = window.adsgarden || []).push({});