Bel ağrılarının SƏBƏBLƏRİ


Digərləri 06 Sen 2019 23:27:00 307 0

Bel ağrılarının SƏBƏBLƏRİ

Son.az saglamolun.az-a istinadən neyrocərrah Bəhruz Eyvazovun yazısını təqdim edir.

Beliniz ağrıyırsa "mənə diqqət et, problemim var!" demək istəyir. Ancaq hər bel ağrısı bel yırtığı deyil.

Cəmiyyətdə ən çox stress tipli bel ağrısı ilə qarşılaşırıq. Beyin stress zamanı bel və ya boyun əzələlərinə çoxlu siqnallar göndərir. Bu zaman əzələlər gərilir. Bu bölgələrdə sərtlik və ələ gələn yumrular meydana gəlir. Xəstə nevroloji olaraq rahat deyilsə, fiziki müalicə və ya əzələ yumşadıcı və ya isti müalicələr, məlhəmlərin istifadəsi effekt vermir. Yüngül antidepresant çox faydalıdır. Bundan əlavə əzələ yumşadıcılar və analgetik-antiinflamatuar preparatlar verilir.

İkinci səbəb isə onurğaya düşən mexaniki yükün artmasıdır. Oturuş pozğunluğu, ağır qaldırma, gücə salmalar, kilo almalar, uzun müddət ayaqda qalma, uzun müddət ərzində oturmada bel ağrısı uzun müddətlidir.

Soyuqdəymə, tənəffüs yolu infeksiyaları qısamüddətli ağrıya səbəb ola bilər.

Çox az nisbətdə onurğa və ya onurğa beynində şiş, infeksiya (Brucella kimi onurğa infeksiyası və ya bədəndəki başqa bir orqan infeksiyası), skolioz (onurğa əyriliyi), onurğa oynaq xəstəliyi (sakroiletis və s), revmatizm və nadir hallarda onurğa beyini pərdəsinin içinə olan qanama (subaraxnoidal qanama) da ağrı yaradır və diaqnoz qoymaq çətinləşir.

Qalan səbəblər isə onurğa dinamikasını pozan səbəblərdir. Yəni bel yırtığının başlanğıc mərhələdə bel ağrısı görülür və çox şiddətli olduğundan xəstə lazım olmadığı halda əməliyyatla ağrıdan xilas olmaq istəyir.

Vaxt keçdikcə bel ağrısı azalır, amma bu dəfə ağrı qalça və ayaqlara enir. Bu qrupda ayağında qismən iflic olanlara əməliyyat məsləhətdir. Ancaq ayaq ağrısı bel ağrısından yüngül olduğundan xəstələr təəssüf ki, əməliyyata bu dövrdə laqeydlik edərlər.

(adsgarden = window.adsgarden || []).push({});