Nəyə görə "marqans" yoxa çıxdı? Çox güclü vasitənin qadağan olunma səbəbləri


Digərləri 06 Sen 2019 23:16:00 605 0

Nəyə görə "marqans" yoxa çıxdı?  Çox güclü vasitənin qadağan olunma səbəbləri

Tünd, bənövşəri rəngli kristallardan ibarət marqans bir vaxtlar hər evdə var idi: təsərrüfatda, heyvandarlıqda və tibb müəssisələrindən antiseptik, zəhərlənmələrdə, vannalarda, yaralarda istifadə edilirdi.

Çox ucuz olan bu vasitə Sovet İttifaqı dağılandan 10 il sonra yoxa çıxdı, apteklərdən yığışdı, hətta satışı qadağan olundu. Nəyə görə unikal və universal, ucuz bir vasitə insanlardan alındı? 

Son.az medicina.az-a istinadən kalium permanqanat nə üçün icad olunduğunu təqdim edir.

Permanqanat çox miqdarda mikrob və bakteriya öldürmək qabiliyyətinə görə elmi təyinat alıb.

Onun məhlulu həm daxilə, həm xaricə istifadə edilir.  

Faydaları:

-Zəif həll olunmuş məhlulu zəhərlənmə, toksinlər, bağırsaq infeksiyalarında içilirdi -0,5% məhlulu açıq yaralar, yataq yaraları, xoralarda istifadə olunur -Yenidoğulmuşların marqanslı suda yuyunması göbək yarasını tez qurudurdu -Ağızı yaxalamaqla stomatit və qinqivitdə faydalıdır. 

-Boğaz iltihabında qarqara olunur -Dəri allergiyaları, iltihabı, səpkilərində -Dabanda çat, döyənəkləri aparır -Tərləməyə qarşıdır Marqans zərərli suyu da təmizləyirdi. Onu səfərə götürüb, quyu sularını içməzdən öncə tətbiq edirdilər

(adsgarden = window.adsgarden || []).push({});