Rusiyanın ən təhlükəli şəhəri:


Dünya 06 Sen 2019 23:19:00 314 0

Rusiyanın ən təhlükəli şəhəri:

Bir müddət əvvəl Rusiyada sorğu keçirərək, ölkənin ən təhlükəli şəhərini müəyyənləşdirməyə çalışmışdılar.

Respondentlərin çoxu Şaxtının adını çəkmişdi.

Son.az Bizimyol.info-ya istinadən xəbər verir ki, bu şəhərdə yerli sakinlər qaranlıqda çölə çıxmaqdan qorxur. Bu haqda özləri "lenta.ru" portalına danışıblar. Maraqlıdır ki, qorxsalar da, şəhəri tərk etməyə tələsmirlər.

250 min nəfərə yaxın əhalisi olan şəhərin ən böyük problemlərindən biri işsizlikdir. "İş çox azdır. Ali təhsili olanlar böyük şəhərlərə gedir. Ukrayna ilə qonşuyuq deyə, şəhərdə oradan gələn qaçqın çoxdur. Amma gedənlərin sayının gələnlərdən qat-qat çox olduğunu deyə bilərik", - şəhər sakini Stanislav Lyubimov danışır.

Üç il əvvəl Sankt-Peterburqa köçən Natalya Ozerkova da təxminən belə fikirlər söyləyib: "Şəhərdə hələ də 90-cı illər havası var. İş tapmaq mümkün deyil. Çoxu içir. Xidmət sahələri bərbad gündədir. Səhiyyə haqda bir kəlmə deyə bilərəm: yaxşısı xəstələnməməkdir".

Şaxtıda ilk diqqəti çəkən nüanslardan biri ictimai nəqliyyatın və yolun pis vəziyyətdə olmasıdır. Böyük avtobuslar, demək olar, işləmir. Tramvay və trolleybusu çoxdan yığışdırıblar. Balaca marşrut avtobusları isə sanki sön günlərini yaşayır.

(adsgarden = window.adsgarden || []).push({});