Patomimiya: özünə xəsarət yetirən insanlar Səbəblər, müalicə


Digərləri 06 Sen 2019 23:07:00 237 0

Patomimiya: özünə xəsarət yetirən insanlar  Səbəblər, müalicə

Hər bir insan həyatında bir dəfə də olsun elə bir vəziyyətə düşür ki, çarəsizlikdən intihara cəhd edə bilməsə də, özünə xəsarət yetirir.

Bu, xüsusilə ağır psixi durumlarda, depressiyalarda biruzə verir. 

Ruhi əziyyətini azaltmaq üçün, özünü cəzalandırmaq və daxilindəki acını zahiri ağrı ilə soyutmaq üçün bu insanlar bədənlərinə zərbə vurur: kəsir, cızır, döyür, göyərdir, dərini qopardır və s.

Patomimiya adlanan bu hal bir növ insanın özünü azad hiss etməsi, yığılmış gərginliyi çıxarmaq istəyinin təzahürüdür.

Amma bu əslində heç də yüngülləşdirici təsir göstərmir, şəxsiyyətin parçalanması və dağılmasını sürətləndirir, insanı daha aciz duruma salır və getdikcə təşviş, qorxu, gərginlik artır.

Sanki narkotik kimi, özünə xətər yetirmə hissi hər dəfə daha güclü zərbə tələb edir. Ən sonunda isə intihara əl ata bilir.

Son.az medicina.az-a istinadən patomimiyanın səbəbləri. kimlərdə daha çox rast gəlinməsi və çıxış yollarını təqdim edir.

Patomimiya- tibdə psixogen dermatozdur. Xəstə saçına, dərisinə, dırnaqlarına, bədən səthinə stresin təsirindən zərər yetirir.

Yer üzündə 10 % insan hirsini, nifrətini, çıxılmaz durumunu bu yolla çıxarır. Daha çox aşağı sinif şagirdləri, yeniyetmələr, gənc qızlar, hamilə qadınlar arasında rast gəlinir. Kişilər 30 yaşdan sonra nadir halda belə hərəkət edir.

Pasiyent autoaqressiyadan istifadə edərək özünü düşmənlərindən, ona acı yaşadan insan və cəmiyyətdən təcrid edir. 

Əlamətləri:

-İnsan üzünü, qollarını, ayaqlarını, qarının dırnaqları ilə cızır, iti əşya ucu ilə cızıqlar atır, saçlarını qoparır, yeyir, dırnaqlarını dibinə kimi gəmirir, dodağını qanayana kimi dişləyir, dərisini sıyırır, qanadır, deşir və s.

-Digər əlamət, xəstə elə hesab edir ki, onda sağalmaz dəri xəstəliyi var və tez-tez onu yuyur, spirtləyir, sürtür, baxır.

(adsgarden = window.adsgarden || []).push({});