Qohumlar arasında dava Bacısının ərinə 7 bıçaq vurdu


Kriminal 06 Sen 2019 22:58:00 301 0

Qohumlar arasında dava  Bacısının ərinə 7 bıçaq vurdu

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Bəhram Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda məhkəmə isdtintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 8 il azadlıqdan məhrum edilməsini tələb edib. Müdafiə tərəfi çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses sentyabrın 13-də davam edəcək.

İttihama görə, ötən ilin noyabr ayında Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində qəsəbə sakini, 1985-ci il təvəllüdlü Elçin Məsimov evinin yaxınlığında qaynı, 1977-ci il təvəllüdlü B.Yaqubovla mübahisə edib.