Mərkəzi Bank depozit hərracı keçirəcək


Digərləri 06 Sen 2019 22:49:00 263 0

Mərkəzi Bank depozit hərracı keçirəcək

Sentyabrın 9-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, saat 11:00-11:15 aralığında təşkil ediləcək hərrac "Blumberq" ticarət sistemi platformasında həyata keçiriləcək. Hibrid formalı hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10:00-dır.

Hərracda məbləğ 100 000 000 (yüz milyon) manat, müddət 14 gün, faiz dərəcəsi isə 6,26% - 8,24%-dir.