Rusiyada ikinci bir "Hatiko" hadisəsi


Digərləri 06 Sen 2019 22:40:00 267 0

Rusiyada ikinci bir "Hatiko" hadisəsi

Rusiyanın Astraxan vilayətinin Qırmızı Barrikada qəsəbəsində ikinci bir "Hatiko" hadisəsi yaşanır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, çoban iti vaxtilə yaşadığı, ancaq yanaraq külə dönən evin qarşısından tərpənmir. Heç bir aqressiya göstərməyən it yanğından sonra evi tərk edən sahiblərini gözləyir. Qara iti qonşuluqdakı insanlar bəsləyir.

Qeyd edək ki, Hatiko Yaponiyada sədaqət və sonsuz sevgi rəmzidir. 1923-cü ildə doğulan Hatiko 18 aylığında ikən sahibi - professor Hidesaburo Ueno universitetdə mühazirə oxuyarkən insult keçirərək dünyasını dəyişir. Hər gün professoru vağzaldan yola salan və qayıdanadək gözləyən Hatiko sahibinin ölümündən sonra düz 9 il həmin vağzala gələrək hər gün onun yolunu gözləyib. İt 1935-ci ildə elə stansiya yaxınlığında dünyasını dəyişib. 1945-ci ildə Hatikoya Sibuya stansiyasında heykəl qoyulub. Onun haqqında 1987-ci ildə "Hatiko tarixi", 2009-cu ildə isə "Hatiko:ən sadiq dost" filmləri çəkilib.

(adsgarden = window.adsgarden || []).push({});