Azərbaycanda qız üstə dava


Kriminal 06 Sen 2019 22:26:00 314 0

Azərbaycanda qız üstə dava

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Fərid Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Musayev 4 il azadlıqdan məhrum edilib.

İttihama görə, bu il yanvarın 30-da Şabran rayon ərazisindəki ticarət mərkəzinin qarşısında 32 yaşlı Elçin Şükürov sol bazu sümüyü və qarın boşluğuna keçən, sol böyrəyin zədələnməsi, kəsilmiş-deşilmiş yarası ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Daxil olan məlumat əsasında aparılan araşdırma zamanı müəyyən edilib ki, yanvarın 30-u axşam saat 17 radələrində rayon sakini, 22 yaşlı Fərid Musayevlə Elçin Şükürov arasında qısqanclıq zəminində mübahisə yaranıb. Nəticədə F.Musayev E.Şükürovu öldürmək məqsədilə bıçaqlayıb. Məlum olub ki, mübahisə qız üstündə olub.