Bitki və kərə yağını qarışdırmayın! Bu xəstəlikləri yaradır


Digərləri 06 Sen 2019 22:30:00 303 0

Bitki və kərə yağını qarışdırmayın!  Bu xəstəlikləri yaradır

Tanınmış Rusiyalı kardioloq, ailə həkimi və bloqer Yelena Anşina kərə və bitki yağlarının qarışdırması haqqında məlumat paylaşıb.

Həkim xəbərdarlıq edir ki, qidalanmada bitki (günəbaxan, qarşıdalı, zeytun) və kərə yağını qarışdırmaq qəti şəkildə olmaz.

Son.az saglamolun.az-a istinadən bildirir ki, həkimin sözlərinə görə, bu halda piylərin orqanizm tərəfindən mənimsənilməsi kəskin artır. Bu isə qanda xolesterinin səviyyəsini qaldırır, aterosklerozun inkişafını sürətləndirir.

Ateroskleroz zamanı damarlarda xolesterin yığılır ki, bunun nəticəsində damarlar daralır, zəifləyir, kövrək olur. Bütün bu patoloji proseslər damarların partlaması və tam bağlanması riskini qat-qat artırır. Ateroskleroz bütün dünyada ürək xəstəlikləri, infarkt və insultun əsas səbəbidir.   

Həmçinin bitki və kərə yağlarının birlikdə istehlakı artıq çəki və piylənməyə səbəb olur.

(adsgarden = window.adsgarden || []).push({});