Təsadüf nəticəsində məşhurlaşdı Türkiyə ondan danışır


Digərləri 06 Sen 2019 22:13:00 238 0

Təsadüf nəticəsində məşhurlaşdı  Türkiyə ondan danışır

Türkiyəli müğənni Fatih Bulutun "Çox sevdim yalan oldu" mahnısına çəkilmiş klipi Yutubda izlənmə rekordu qırır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, aktrisa İram Sakın sayəsində məşhurlaşıb.

Belə ki, aktrisa Fatih Bulutun mahnısının fonunda çəkilmiş videosunu sosial şəbəkədə paylaşıb. Mahnı bir anda məşhurlaşaraq Yutubda 1 həftəyə 16 milyon baxış yığıb. Bu isə müğənnini Yutubun dünya reytinqində 12-ci edib.

Qeyd edək ki, Kayseridən olan Fatih Bulut toy müğənnisidir. O, bu sənətlə 10 nəfərdən ibarət ailəyə baxır.

(adsgarden = window.adsgarden || []).push({});