Pəhrizlərin zərərləri


Digərləri 06 Sen 2019 21:50:00 242 0

Pəhrizlərin zərərləri

Çoxsaylı pəhrizləri sınamaq, uzun müddət dietada olmaq və arıqlamaq bir çox qadınları erkən menopauzaya yaxınlaşdırır və menstruasiyanı kəsir.

Son.az medicina.az-a istinadən bildirir ki, 29 yaşlı Emma Neysut 14 yaşından kök olduğu və hormonal disbalansdan əziyyət çəkdiyi üçün pəhrizlərlə artıq çəkisi ilə mübarizə aparmağa öyrəşmişdi.

Nəhayət ki, o 72 kq arıqlayıb. Bu nəticəyə çatmaq üçün qız hər gün 2 saat kardio məşq edib, qaçıb və yalnız yumurta, tərəvəz və toyuq əti yeyib. İdeal çəki və bədənindən zövq alan qız başına gələnləri bilmirdi.  Arıqladıqdan 6 ay sonra onun menstruasiyası yoxa çıxdı.

Daha sonra qida tələbatı ağlasığmaz məcraya yönəldi:   "Mən bütün günü desert, şirniyyat yemək istəyirdim. Dostlarımla yemək olan heç yerə getmirdim. Özümə qapanmışdım. Hardasa nəsə yesəm, səhər tezdən idman zalına qaçıb, məşq edirdim. Hamı mənə ağlını itirmiş kimi baxırdı".

Ekstremal pəhrizlər qadının toxumalarında piy ehtiyatını azaltdı, zülal azaldı, bu da cinsi hormonların hasilatını dayandırdı və menstruasiya kəsildi.  Bundan sonra Emma özünə zülüm etməyi dayandırdı, intuitiv olaraq nə istəyirdisə onu yeməyə başladı, bədənin tələb etdiyi qidaları ona  verdi və həyatdan zövq almağa başladı.

(adsgarden = window.adsgarden || []).push({});