Dünyanın ilk Daun sindromlu evli cütlüyü Gündə 100 dəfə "sevirəm" deyirlər


Digərləri 06 Sen 2019 21:20:00 414 0

Dünyanın ilk Daun sindromlu evli cütlüyü  Gündə 100 dəfə "sevirəm" deyirlər

Dünyanın ilk Daun evli cütlüyü artıq 24 ildir ki, bir yerdədirlər.

1995-ci ildə evlənən Merienn və Tommi Pilinq dünyada ilkə imza atmağı bacarıblar. Onlara qədər heç bir Daun sindromlu insan bir-biri ilə evlənməmişdi.

Bu il onların evliliyinin 24 ili oldu. qadının 48, kişinin 60 yaşı var. 

Son.az medicina.az-a istinadən bildirir ki, cütlüyün həyatı normal evliliklərdəki kimidir. Onlar birlikdə gəzir, ev təmir edir, yemək bişirir.

Meri deyir ki, ilk görüşlərində anlamışdı ki, bu insanla ömrünün sonuna kimi qalacaq. İLk üzükləri is plasmasdan olub. Sonradan qızın valideynləri cütlüyə həqiqi nişan üzüyü alaraq, xeyir-dualarını veriblər.

Toyları yüzlərlə Daun sindromlu qonaqların da qatıldığı kilsədə olub. 

Onlar Merinin ailəsinə yaxın yerdə mənzildə məskunlaşıb, ilk vaxtlar gənc ailəyə təsərrüfat işlərində dəstək edirdilər, daha sonra onlar hər şeyi, hətta pul xərcləməyi də müstəqil etməyi bacardı. 

Tommi gündə 100 dəfə arvadına Səni sevirəm deyir, onlar bir birindən 10 dəqiqə belə ayrı qala bilmir.

(adsgarden = window.adsgarden || []).push({});