Ürəyi 320 ilə döyünən körpəni buzlu suya salmaqla xilas etdilər


Digərləri 06 Sen 2019 21:30:00 263 0

Ürəyi 320 ilə döyünən körpəni buzlu suya salmaqla xilas etdilər

Doğum evində 5 günlük körpə meningit virusuna yoluxur. Uşağın halı qəfil dəyişərək, ürəyi dəqiqədə 370 dəfə vurmağa başlayır. İnfeksiya artıq ürəyə çatmışdı. Yerli həkimlər uşağı daha ixtisaslı xəstəxanaya çatdırmaq üçün vaxt qazanmalı idi.

O zaman onlar qeyri-adi bir üsuldan istifadə edir: körpənin başını buzlu suya salaraq 5 saniyə saxlayıb, daha sonra iynəbatırma metodundan istifadə ediblər. Bundan sonra ürək ritmi bir qədər düşən pasiyenti digər xəstəxanaya çatdırıblar.

Son.az medicina.az-a istinadən bildirir ki, Britaniyada baş vermiş hadisə zamanı körpə ölümdən xilas edilir və ixtisaslı xəstəxanada cəmi 1 həftə qaldıqdan sonra evə yazılır.

Uşağın valideynləri hələ də o hadisənin şokundan çıxmayıblar. Onlar xəstə uşaqlara yardım fondlarında iştirak etməyə hazırlaşır və bu işin təbliğatını aparırlar. 

(adsgarden = window.adsgarden || []).push({});