Nazir: "Bir kəmər bir yol" təşəbbüsü Azərbaycanla Latviya arasında yeni tranzit imkanları aça bilər


Digərləri 06 Sen 2019 21:04:00 260 0

Nazir: "Bir kəmər  bir yol" təşəbbüsü Azərbaycanla Latviya arasında yeni tranzit imkanları aça bilər

"Bir kəmər - bir yol" təşəbbüsü Azərbaycanla Latviya arasında yeni tranzit imkanları aça bilər.

Son.az bildirir ki, bunu Trend-ə müsahibəsində Latviyanın iqtisadiyyat naziri Ralf Nemiro deyib.

Azərbaycanın Avropanın nəqliyyat imkanlarının yaxşılaşdırılmasına töhfəsindən danışan nazir Bakı-Tbilisi-Qars dəmir yolunun vacibliyini vurğulayıb:

"Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan üçün Şərq-Qərb tranzit dəhlizində vacib elementdir. Gələcəkdə bu dəmir yolu Çin və Mərkəzi Asiyadan Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Cənubi Avropaya yeni tranzit marşrutlarının inkişafına xidmət edəcək".

Nazir bildirib ki, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı Latviya üçün vacib olsa da, ölkə Avropanın şimal hissəsinə qapı rolunu oynayır:

"Latviya "Bir kəmər - bir yol" təşəbbüsü çərçivəsində Çinlə fəal əməkdaşlıq edir. Bu təşəbbüs, eləcə də Avrasiyada logistika zəncirinin digər marşrutları Azərbaycanla Latviya arasında yeni tranzit imkanları aça bilər. Biz hesab edirik ki, mövcud Şərq-Qərb marşrutları Qara dəniz və Latviya limanları arasındakı Şimal-Cənub marşrutları ilə bağlana bilər".