Nazir: “Bir kəmər - bir yol” təşəbbüsü Azərbaycanla Latviya arasında yeni tranzit imkanları aça bilər (ÖZƏL)


Digərləri 06 Sen 2019 21:00:15 194 0

Nazir: “Bir kəmər - bir yol” təşəbbüsü Azərbaycanla Latviya arasında yeni tranzit imkanları aça bilər (ÖZƏL)

“Bir kəmər - bir yol” təşəbbüsü Azərbaycanla Latviya arasında yeni tranzit imkanları aça bilər.

Bakı. Ləman Zeynalova - “Bir kəmər - bir yol” təşəbbüsü Azərbaycanla Latviya arasında yeni tranzit imkanları aça bilər. Bunu Trend-ə müsahibəsində Latviyanın iqtisadiyyat naziri Ralf Nemiro deyib. Azərbaycanın Avropanın nəqliyyat imkanlarının yaxşılaşdırılmasına töhfəsindən danışan nazir Bakı-Tbilisi-Qars dəmir yolunun vacibliyini vurğulayıb: “Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycan üçün Şərq-Qərb tranzit dəhlizində vacib elementdir. Gələcəkdə bu dəmir yolu Çin və Mərkəzi Asiyadan Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Cənubi Avropaya yeni tranzit marşrutlarının inkişafına xidmət edəcək”. Nazir bildirib ki, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı Latviya üçün vacib olsa da, ölkə Avropanın şimal hissəsinə qapı rolunu oynayır: