Türkiyə daxili işlər naziri İmamoğlunu istefaya göndərmək istəyir


Dünya 06 Sen 2019 20:49:00 308 0

Türkiyə daxili işlər naziri İmamoğlunu istefaya göndərmək istəyir

Türkiyənin daxili işlər naziri (DİN) Süleyman Soylu İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun yerinə müvəqqəti sədrin təyin olunacağını istisna etməyib.

Son.az Sputnik Azərbaycana-a istinadən bildirir ki, Soylu bu məsələ ilə bağlı son qərarını sentyabrın 8-də elan edəcək.

Xatırladaq ki, daha əvvəl Türkiyə DİN rəhbəri İmamoğlunun Diyarbakıra səfərini sərt şəkildə tənqid edib. Səfər zamanı İmamoğlu Xalqların Demokratik Partiyasının (XDP) nümayəndələri ilə görüş keçirib.

Soylu bildirib ki, İmamoğlu öz səlahiyyətlərini yerinə yetirməlidir və əgər öz səlahiyyətlərini yetirmirsə, onda peşman olacaq.