Bu şəhərdə mənzil almaq istəyənlər,


Dünya 06 Sen 2019 20:29:00 259 0

Bu şəhərdə mənzil almaq istəyənlər,

2019-cu ilin birinci yarısında Budapeştdə 3 mindən az yeni mənzil satılıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisinin dörddəbiri qədər azdır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu azalmanın nəticələri ilin yekunlarına əsasən qabarıq görünməsə də, artıq belə bir məsələ aydındır ki, əvvəlki dinamik artma sona çatıb.

Hazırda Budapeştdə yeni tikilmiş binalarda hazırlıq dərəcəsi müxtəlif olan 7,2 min mənzil var. Mənzillərin çoxu - 1,5 mini XIII rayonda, 1,3 min XI rayonda yerləşir. XXIII rayonda daha az yeni mənzil satılır: cəmi 12 mənzil.

2019-cu ildə yeni binalarda mənzil satışı üzrə əqdlərin ümumi sayı təqribən 12,7 min təşkil edəcək. Lakin gələcəkdə onların sayı iki dəfə azala bilər. Bundan əlavə, tikinti xərclərinin artmasına görə mənzillərin qiymətinin bahalaşması gözlənilir.

(adsgarden = window.adsgarden || []).push({});