Taliblər 3 istiqamətdən hücuma keçdi:


Dünya 06 Sen 2019 19:34:00 204 0

Taliblər 3 istiqamətdən hücuma keçdi:

Taliban terrorçuları Əfqanıstanın Fərəh şəhərinə hücuma keçib.

Son.az Axar.az-a istinadən bildirir ki, bu barədə "Tolo Nyus" telekanalı yerli hüquq-mühafizə orqanı əməkdaşlarına istinadla məlumat yayıb.

Telekanalın məlumatına görə, gecə vaxtı 3 istiqamətdən şəhərə hücum olunub. Şəhər polisinin rəsmisi Mohibulla Mohib hökumət qüvvələrinin hücumu dəf etdiyini bildirib.

Mohibin sözlərinə görə, qarşıdurma nəticəsində 30 terrorçu məhv edilib. Hərbi Hava Qüvvələri də əməliyyata cəlb olunub.