Altı il əvvəl ağır beyin əməliyyatı keçirən qadın ana olub


Digərləri 06 Sen 2019 18:29:00 276 0

Altı il əvvəl ağır beyin əməliyyatı keçirən qadın ana olub

Altı il əvvəl ağır beyin əməliyyatı keçirən qadın ana olub.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hamiləliyin planlaşdırılması, uşağın sağlam inkişafı və doğuşunda Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkimlərinin böyük əməyi olub.

Klinikanın endokrinoloq-ginekoloqu Natəvan Axundovanın sözlərinə görə, 26 yaşlı qadın altı il əvvəl açıq hipertenziyalı hidrosefaliya xəstəliyini keçirib və sağ tərəfli ventrikuloperitoneal şuntlama əməliyyatı olunub.

"Hidrosefaliya beyinə mayenin toplanması nəticəsində kəllədaxili təzyiqin artması və ümumi beyin əlamətləri, görmə qabiliyyətinin pozulması ilə müşahidə olunan patologiyadır. Ventrikuloperitoneal şuntlama əməliyyatı zamanı beyin mədəciklərindən şunt vasitəsilə maye qarın boşluğuna açılır və beyin artıq maye yüklənməsinə məruz qalmır. Yuxarı tənəffüs yollarının kəskin respirator virus infeksiyasından sonra xəstədə şiddətli baş ağrıları, başgicəllənmə, ürəkbulanma, qusma, ikigörmə şikayətləri, obyektiv müayinədə göz dibində başlanğıc durğunluq əlamətləri olub.

(adsgarden = window.adsgarden || []).push({});