"Çirkin kişilərdən xoşum gəlir"


Şou-biznes 06 Sen 2019 17:54:00 244 0

"Çirkin kişilərdən xoşum gəlir"

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin baş roluna çəkildiyi "Aşk tesadüfleri sever-2" filminin İstanbulda baş tutan qala gecəsinin səs-küyü səngimək bilmir.

Son.az xəbər verir ki, geyimi və verdiyi pozaları ilə gecəyə damğa vuran azərbaycanlı aktrisa qardaş ölkə mətbuatına etdiyi açıqlama ilə maqazin mediasının əsas mövzusuna çevrilməyi bacarıb.

2020-ci ilin yanvar ayında vizyona girəcək filmdə rol alan Nəsrin Cavadzadə, eşq yaşadıqları söz-söhbəti səngimək bilməyən tərəfmüqavili Yiğit Kirazcının yaraşıqlı aktyor olduğunu bildirərkən "Mənim çirkin kişilərdən xoşum gəlir" ifadələrinə yer ayırıb.

Məhəmməd Vaqif Son.az