Azərbaycan millisi Rumıniyanı məğlub edib


Digərləri 06 Sen 2019 17:44:00 237 0

Azərbaycan millisi Rumıniyanı məğlub edib

Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Figueira şəhərində təşkil olunan Avropa Super Finalında (European Beach Soccer League) növbəti oyununu keçirib.

Bakı. Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Figueira şəhərində təşkil olunan Avropa Super Finalında (European Beach Soccer League) növbəti oyununu keçirib. Trend-in məlumatına görə, Rumıniya yığması ilə qarşılaşan komanda 2:1 hesabı ilə qələbə qazanıb. Yığmanın qollarını Sabir Allahquliyev və Amid Nəzərov vurub. Azərbaycan millisi sabah Çexiya ilə qarşılaşacaq.