İnam Kərimov iki rəhbər şəxsi işdən azad etdi


Digərləri 06 Sen 2019 17:27:00 345 0

İnam Kərimov iki rəhbər şəxsi işdən azad etdi

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişiklikləri olub. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə nazir İnam Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Həsənov işdən çıxarılıb. 

Nazirin digər əmri ilə Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mətləb Kərimov da vəzifəsindən azad edilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov məlumatı saytımıza təsdiq edib.

O bildirib ki, hər iki şəxs Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyət prinsiplərinə zidd hərəkət etdikləri üçün vəzifələrindən azad ediliblər: