Bakıda bankın şöbə müdirini vurub öldürən yeniyetməyə 3 il cəza verildi


Kriminal 06 Sen 2019 17:31:00 251 0

Bakıda bankın şöbə müdirini vurub öldürən yeniyetməyə 3 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən Qurbanəli Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Q.Qurbanov 3 il azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il dekabrın 21-i saat 19 radələrində Xətai rayonu Nobel prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ləman Süleymanlı vurulub.

Bakı şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədənin "Nissan" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Q.Qurbanov olması müəyyən edilib və o saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, Q.Qurbanovun 16 yaşı var və onun sürücülük vəsiqəsi yoxdur.