Qadınla yatağa girdi, "gözlərini yum, sürprizim var" dedi, sonra...


Digərləri 06 Sen 2019 16:54:00 247 0

Qadınla yatağa girdi, "gözlərini yum, sürprizim var" dedi, sonra...

İngiltərənin Kent şəhərində qəribə cinayət hadisəsi baş verib.

Son.az xəbər verir ki, hadisə iki il əvvəl evlənən Laura və Şaun cütlüyünün evində gerçəkləşib.

Şaun səhər saatlarında cinsi əlaqəyə girdikdən sonra həyat yoldaşına bir sürprizi olduğunu və 10-dan geriyə saymasını istəyib. Laura həyat yoldaşından gələcək sürprizə həyəcanlanıb və onun dediklərini edib. Lakin səbrsizlənərək gözlərini açıb və gördüyü mənzərədən şoka düşüb. 34 yaşlı Şaun iki əlində bıçaqla Lauranın başı üzərində dayanıb. O, bir neçə gün əvvəl işdən qovulduğunu və kredit kartı borclarını ödəyə bilməyəcəyini bəhanə edərək özünü bıçaqlayacağını deyib. Lakin anidən qərarını dəyişdirib və bıçağı Lauranın boğazına dirəyib.

Qan içində qalan qadın qışqıraraq qonşularından yardım istəyib. Hadisə yerinə təcili tibbi yardım gəlib. Yaralı qadın xəstəxanaya, cinayətkar həyat yoldaşı isə polis bölməsinə aparılıb.

(adsgarden = window.adsgarden || []).push({});