“Məmur uşaqları ciddi münasibətdə olmurlar”


Şou-biznes 06 Sen 2019 16:34:00 374 0

“Məmur uşaqları ciddi münasibətdə olmurlar”

Azərbaycanda "Dur oppan", "Hər şey istəyirəm" kimi mahnılarla populyarlaşan, daha sonra gündəmdən uzaq düşən Mina Hüseyn Tolikin "Youtube" layihəsinin qonağı olub. 

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, proqramda illər əvvəl qarşılaşdığı problemlərdən söz açıb: "Məni kanallar qəbul etmirdi, mahnılarımı radiolar səsləndirmirdi. Ancaq ANS TV mənə dəstək olurdu. Onların layihəsi idim. Həqiqətən də "ANS"in tələsinə düşmüşdüm. Bir tərəfdən yaxşı idi, digər tərəfdən isə yollarım bağlandı. Böyük layihələr var idi və bu, mənə böyük problemlər yarada bilərdi. Öz istəyimlə əməkdaşlığı bitirdim. Müqaviləmin bitməsinə də 1 ay qalmışdı".

Mina şəxsi həyatı barədə də danışıb.  O, artıq sevgilisi ilə münasibətini bitirdiyini açıqlayıb: "Sevgilimdən ayrılmışam, münasibətimiz bitib.  Xəyanəti heç vaxt bağışlamaram. Kişilər qadını dəyişməyə meyillidirlər. Həm də qadağalar çox idi. Müğənni sərbəst olmalıdır. Həyatda istədiyim şeyləri edirdi, lakin alınmadı.