Ramin Quluzadə Zaqatalada, birinci müavini Qaxda vətəndaşları qəbul edib (FOTO)


Digərləri 06 Sen 2019 16:16:03 204 0

Ramin Quluzadə Zaqatalada, birinci müavini Qaxda vətəndaşları qəbul edib (FOTO)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Zaqatalada, nazirin birinci müavini Qaxda vətəndaşları qəbul edib

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi tərəfindən növbəti vətəndaş qəbulları keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2019-cu ilin sentyabr ayında vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Zaqatala şəhərində, nazirin birinci müavini Əli Abdullayev Qaxda vətəndaşlarla görüşüb. Nazirin qəbulunda Zaqatala və Balakən rayonları, nazirin birinci müavininin qəbulunda Qax sakinlərinin müraciətlərinə baxılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər məsələlərlə bağlı vətəndaşları dinləyib.