“Acer” 14 düymlük ən yüngül noutbuku təqdim edir


Digərləri 06 Sen 2019 16:09:22 191 0

“Acer” 14 düymlük ən yüngül noutbuku təqdim edir

“Acer” Berlində baş tutmuş növbəti qlobal mətbuat konfransında ən son yeniliklərini təqdim edib.

Bakı. “Acer” ən son “Intel® Core ™” prosessorları ilə təchiz olunmuş “Swift” noutbuklarının və “Aspire” stolüstü kompüterlərinin yenilənmiş modellərini təqdim edib (#NextAtAcer). Trend-in məlumatına görə, sürətli iş üçün nəzərdə tutulmuş “Acer Swift 5” və “Swift 3” noutbukları incə korpusları, zövqlü dizaynları, üstün performansları və daha uzunömürlü batareyaları ilə öncəki modellərdən bir pillə irəlidədir. Sonuncu nəsil 14 düymlük “Acer Swift 5” öz sinfində ən az çəkiyə malik noutbukdur. Yenilənmiş modelin çəkisi cəmi 990 qramdır. Zövqlü “Acer Swift 3” modeli uzun müddətli enerji saxlama funksiyası ilə diqqət mərkəzindədir. Yenilənmiş model 12.5 saat avtonom rejimdə çalışmaqla yanaşı, həm də qısa müddət ərzində yenidən enerji yığmaq kimi xüsusiyyətə malikdir. Belə ki, 30 dəqiqə ərzində toplanmış enerji sayəsində noutbuk avtonom rejimdə əlavə olaraq 4 saat da çalışa bilir. Ən son “Intel® Core ™” prosessoru ilə təmin olunmuş “Acer Aspire C” kompüter modelində korpusun ekrana nisbəti 92%-ə qədərdir. Bundan başqa, bu model təhlükəsizlik və sağlamlıq baxımından öncəki modellərdən fərqlənir. Belə ki, istifadə olunmadığı halda kompüter kameralarının bağlamasına, HDMİ porta isə ikinci ekranı seçmək imkanı verir. Bundan başqa “Acer Vision Care” vasitəsilə istənilən yaş kateqoriyasına məxsus istifadəçilərin gözləri qorunur – “Acer Bluelight Shield” mavi rəngin təsirini azaldır, “Flickerless” texnologiyası isə ekran əsməsini azaldır.