Rafael Ağayev Tokioda Karate1 Premyer Liqa turnirnin finalına yüksəlib


Digərləri 06 Sen 2019 15:51:00 183 0

Rafael Ağayev Tokioda Karate1 Premyer Liqa turnirnin finalına yüksəlib

Rafael Ağayev (-75 kq) Yaponiyanın paytaxtı Tokioda Karate1 Premyer Liqa turnirnin finalına yüksəlib.

Bakı. Rafael Ağayev (-75 kq) Yaponiyanın paytaxtı Tokioda Karate1 Premyer Liqa turnirnin finalına yüksəlib. Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, bir-birinin ardınca Fransa, Özbəkistan və Mərakeşli rəqiblərini məğlub edən R.Ağayev, yarımfinalda ukraynalı idmançıdan üstün olub. Bazar günü həlledici görüşdə rəqib, həmin çəki dərəcəsinin favoritlərindən sayılan Ken Nişimura (Yaponiya) olacaq. Yarışın ilk günü daha 3 idmançımız mübarizəyə qatılıb. Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov və Hümmət Baxşəliyev (-67 kq) ikinci görüşdə məğlub olaraq çıxışlarını başa vurublar.