Milliyə görə Manchester United-dən ayrılacaq


İdman 06 Sen 2019 15:43:00 257 0

Milliyə görə Manchester United-dən ayrılacaq

Manchester United-in müdafiəçisi Markos Roxo komandasını dəyişmək niyyətindədir.

Goal.az-ın məlumatına görə, bunu 29 yaşlı futbolçu özü deyib.

O, Argentina yığmasındakı mövqeyini itirməmək üçün bu addıma əl atmaq istəyində olduğunu söyləyib: "Millinin baş məşqçisi Lionel Skaloni ilə söhbətim oldu. O, mövsümöncəsi hazırlıq zamanı fəal olduğum üçün mənə dəvət göndərdi. Ancaq oyun praktikasından əziyyət çəkirəm. Yığmada əsas heyətə düşmək üçün klubumda oynamalıyam. Yayda Everton-a keçə bilərdim, məşqçilər korpusu buna icazə vermədi. Dekabra qədər döyüşəcəm. Əgər heyətə düşə bilməsəm, Manchester United-dən getməyə çalışacam. Yığmadan kənarda qalmaq istəmirəm".

Qeyd edək ki, Markos Roxo 2014-c ildən Manchester United-də çıxış edir.