Ölkədə buğda və arpa istehsalı artıb - Nazir


Digərləri 06 Sen 2019 15:21:00 216 0

Ölkədə buğda və arpa istehsalı artıb - Nazir

Bu il aqrar sahədə müsbət inkişaf dinamikası davam edib.

Bakı. Samir Əli - Bu il aqrar sahədə müsbət inkişaf dinamikası davam edib. İlin ilk 6 ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi istehsal həcmi 13 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 25,6 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 2,9 faiz artıb. Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib. Nazirin sözlərinə görə, 2019-cu il taxıl mövsümünün müsbət göstəriciləri ilə də yadda qalıb. Taxıl biçini Aran bölgəsində mayın 25-də başlayıb və iyulun 10-na kimi ümumi əkin sahəsinin 90 faizində əkin başa çatdırılıb. Qalan 10 faizi isə yüksək dağlıq ərazilərdə yerləşən taxıl sahələri olduğu üçün onların da biçini məhsul yetişdikcə davam etdirilib: