Norilskdən Bakıya reys açılır


Digərləri 06 Sen 2019 15:27:00 227 0

Norilskdən Bakıya reys açılır

Rusiyanın “NordStar” aviaşirkəti Norilsk-Ufa-Bakı marşrutu ilə və əks istiqamətdə reyslərə bilet satışlarına başlayıb

Bakı. Kəmalə Məmmədli - Rusiyanın “NordStar” aviaşirkəti Norilsk-Ufa-Bakı marşrutu ilə və əks istiqamətdə reyslərə bilet satışlarına başlayıb. Trend-in məlumatına görə, bu reyslər payız-qış mövsümündə, 2019-cu il oktyabrın 27-dən 2020-ci il martın 28-dək həyata keçiriləcək. Norilskdən Ufaya uçuş hər həftənin cümə günləri yerli vaxtla saat 11:30-da, Ufadan Bakıya uçuş həmin gün saat 15:30 yerinə yetiriləcək.