ANSin keçmiş aparıcısına Türkiyədə evlilik təklifi VİDEO


Şou-biznes 06 Sen 2019 15:05:00 412 0

ANSin keçmiş aparıcısına Türkiyədə evlilik təklifi  VİDEO

Azərbaycanın tanınmış aparıcısı Sona Rəsulova ərə gedir.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, Bordumda dincələn aparıcıya sürpriz evlilik təklifi olub.

Sevdiyi şəxsdən evlilik təklifi alan Sona "hə" cavabı verdiyini deyir:

"Bu tip videolara həmişə gülüşlə baxırdım və heç vaxt eyni şeyin mənimlə baş verə biləcəyini düşünmədim. Egey dənizinin ortasında sevdiyim insanın gözlənilmədən əlini və ürəyini təklif etməsi məni elə yerdə yaxaladı ki, dənizdən sonra saçlarımı daramağa belə vaxtım olmadı. İstənilən halda ən əsası bu deyildi... Ən əsası bu idi ki, cavabım "Hə" oldu! Sevgi möcüzələr edir, sevgi hər şeyə, bizim planlarımızı dəyişməyə belə qadirdir. Sözün qısası, əgər sevgi-məhəbbət varsa, qalib gəlməsi yaxşıdır. Hər kəsə xoşbəxtlik və sevgi arzulayıram!"

Xatırladaq ki, Sona Rəsulova ANS TV-də "Bala dili" verilişinin aparıcısı kimi məşhurlaşmışdı. Daha sonra ANS ÇM radiosunda "Sona kimi" verilişini təqdim edirdi. Son illər isə teleməkandan uzaqlaşaraq yalnız radio-dicey kimi fəaliyyət göstərir. Hazırda Media FM-in baş prodüseridir.

(adsgarden = window.adsgarden || []).push({});