Əli Əhmədov: Ehtiyacı olana qan vermək həmişə insanın ən nəcib əməllərindən hesab olunub


Digərləri 06 Sen 2019 15:03:00 306 0

Əli Əhmədov: Ehtiyacı olana qan vermək həmişə insanın ən nəcib əməllərindən hesab olunub

İnsan öz qanını verməklə kiminsə şəfa tapmasına, sağalmasına, bəlkə də həyata qayıtmasına vəsilə olur.

Bakı. Elçin Mehdiyev – Ehtiyacı olana qan vermək həmişə insanın ən nəcib əməllərindən hesab olunub. İnsan öz qanını verməklə kiminsə şəfa tapmasına, sağalmasına, bəlkə də həyata qayıtmasına vəsilə olur. Trend-in məlumatına görə, bunu Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - İcra katibi Əli Əhmədov deyib. Ə.Əhmədov bildirib ki, bu gün YAP-ın ən nəcib layihələrdən biri baş tutdu, çoxsaylı partiya üzvlərinin qanvermə aksiyası keçirildi. Baş nazirin müavini əlavə edib ki, bundan daha nəcib iş, daha böyük insanpərvərlik və xeyirxahlıq təsəvvür etmək mümkün deyil: “Bir neçə yüz fəalımız qanvermə aksiyasına qoşuldu. Aksiyada iştirak edən hər bir partiya üzvünə - gənclərə, qadınlara, millət vəkillərinə minnətdarlığımı bildirmək istəyirəm. Düşünəndə ki, bizim verdiyimiz qan kimlərəsə kömək olacaq, həyata qaytaracaq, ömrünü uzadacaq, bu həqiqətən böyük mənəvi rahatlıqdır”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin