Qanunsuz silah gəzdirən keçmiş məhkum tutulub


Digərləri 06 Sen 2019 14:58:30 256 0

Qanunsuz silah gəzdirən keçmiş məhkum tutulub

Qanunsuz silah gəzdirən keçmiş məhkum tutulub

Bakı. Qanunsuz silah gəzdirən keçmiş məhkum tutulub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş X.Axundov saxlanılıb. Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “Naqan” markalı tapança və 5 ədəd patron aşkar edilərək götürülüb.