Kişini 60 manata görə döydülər


Kriminal 06 Sen 2019 14:28:00 229 0

Kişini 60 manata görə döydülər

Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Ş.Sadıxlı iki naməlum şəxsin onu döyüb 60 manat pulunu aldığını bildirib.

Son.az bu barədə Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunan Q.Soltanov və Sumqayıt şəhər sakini R.İsrafilov saxlanılıblar.